Skip to content

Latest commit

 

History

History
52 lines (33 loc) · 7.15 KB

elilliyin-novleri.md

File metadata and controls

52 lines (33 loc) · 7.15 KB

Hansı növ əlilliklər nəzərə alınır?

Əlilliyi olan insanlar əlilliyi olmayanlar qədər müxtəlifdir. Eləcə də, onların əlilliyi. Burada əsas olan, öz kompüterinizdən və sizin saytı necə istifadə etməyinizdən kənarda düşünmək və digər istifadəçilərin saytı nə cür istifadə etməsinə baxmaqdır - siz öz istifadəçiləriniz kimi deyilsiniz. Əlilliyin əsas növləri və müəyyən dərəcədə fiziki və ya əqli əlilliyi olan insanların hansı texnologiyalardan (assistiv texnologiyalar və ya ATs) istifadə etdiyi ilə bağlı aşağıda danışacağıq.

Qeyd: Ümumdüyna Səhiyyə Təşkilatının (WHO - World Health Organization) yayımladığı əlillik və sağlamlıq haqqında faktlarda qeyd olunur ki, dünya əhalisinin təxminən 15%-inin (bir milyarrdan artıq insan) hər hansı bir əlilliyi var və 110 milyon və 190 milyon arası yaşlı insanların işləməklə bağlı mühüm problemləri var.

Görmə pozğunluğu olan insanlar

Görmə pozğunluğu olan insanlar qrupuna görmə əngəlli, yaxşı görə bilməyən və rəng korluğundan əziyyət çəkən insanlar daxildir. Görmə pozğunluğu ola insanlar adətən fiziki və ya proqram təminatında olan böyüdücülərdən istifadə edirlər. Əksər əməliyyat sistemləri və web brauzerlərin yaxınlaşdırma və böyütmə funksionallıqları mövcuddur. Digər istifadəçilər isə rəqəmsal mətni yüksəkdən oxuyan ekran oxuyucularından istifadə edir. Bu tip ekran oxuyucularına aşağıdakılar daxildir:

  • JAWS (Windows) və Dolphin Screen (Windows) kimi ödənişli kommersial məhsullar.
  • NVDA (Windows), ChromeVox (Chrome, Windows və Mac OS X) və Orca (Linux) kimi pulsuz məhsullar.
  • VoiceOver (macOS, iPadOS, iOS), Narrator (Microsoft Windows), ChromeVox (Chrome OS) və TalkBack kimi əməliyyat sistemləri ilə birgə hazır gələn məhsullar.

Ekran oxuyucularının necə işlədiyini öyrənmək və onlarla tanışlıq üçün onları istifadə etməyiniz tövsiyyə olunur. Statistikaya görə görmə pozğunluğu olan 285 milyon insan var, bunların 39 milyonu tamamilə görmə əngəlli, 246 milyonunun isə zəif gördüyü qeyd olunur (baxın Görmə pozğunluğu və korluq). Bu laqeyd qalmaq üçün kifayət qədər çox insan qrupudur və sadəcə pis kodlaşdırılmış saytınız olduğu üçün bu çoxlu sayda istifadəçini saytınızdan qovmuş olursunuz.

Eşitmə pozğunluğu olan insanlar

Eşitmə pozğunluğu olan insanlar qrupuna, pis eşidənlər və tamamilə eiştmə əngəlli olan insanlar daxildir. Eşitmə əngəlli insanlar assistiv texnologiyalardan istifadə etsə də, kompüter və web üçün nəzərdə tutulmuş xüsusi assistiv texnologiyalar mövcud deyil.

Buna baxmayaraq, video və audio məzmunlara mətn alternativləri əlavə etmək üçün bir çox üsullar mövcuddur. Buraya, audio transkriptlər və videolar üçün mətn izləri (misalçün, alt yazı) daxildir.

Eşitmə pozğunluğu olan insanlar mühüm istifadəçi qrupunu əhatə edir - dünya əhalisindən təxminən 466 milyon insan eşitmə pozğunluğundan əziyyət çəkir (Deafness and hearing loss).

Hərəkət əngəlli insanlar

Bu tip insanların əlilliyi hərəkət ilə bağlı olur. Hansı ki, tamamilə fiziki probmelərlərdən və ya neyroloji/genetik pozğunluqlardan irəli gəlir və əzalarda zəifliyə və ya tamamilə idarəni itirməyə gətirib çıxarır. Bəzi insanlar mausu istifadə etmək üçün lazım olan hərəkətləri etməkdə çətinlik çəkə, bəziləri isə ümumiyyətlə iflic olduqları üçün kompüterlərlə əlaqədə olmaq üçün xüsusi cihazlardan istifadə etmək məcburiyyətində qala bilərlər (bax head pointer).

Bu cür əlillik hər hansı bir travmadan və ya şəraitdən əlavə həmçinin qocalığın nəticəsi ola bilər. Bəzi hallarda isə, sadəcə hardware ilə bağlı ola bilər - hansısa istifadəçinin mausu olmaya bilər.

Bunun web development-ə təsiri çox vaxt elə olur ki, saytdakı kontrolların (button, input, link) klaviatura vasitəsi ilə tam idarə oluna bilməsi tələb olunur (keyboard accessibility). Bunun funksionallığı test etmək üçün hər hansı websaytda Tab düyməsini basmaqla gəzişə bilib bilməyinizi yoxlaya bilərsiniz.

Əqli pozğunluğu olan insanlar

Əqli pozğunluq əlilliyin çox geniş bir növüdür. İntellektual əlilliyi olan insanlardan tutmuş, düşünmək və yadda saxlamaqla bağlı problemləri olan hamımız bu qrup insanlara daxil ola bilərik. Bu qrupa depressiyaşizofreniya kimi əqli xəstəlikləri olan insanlarla bərabər, disleksiyadiqqət çatışmazlığı/hiperaktivliyin pozulması kimi öyrənmə ilə bağlı əlilliyi olan insanlar da daxildir. Ən əsası, bu cür xəstəliklərin və pozğunluqların tibbdə müxtəlif adları olsa belə, bu cür xəstəliklərdən əziyyət çəkən insanların yaşadığı problemlər demək olar ki, eynidir. Bu problemlərə məzmunu başa düşmək ilə bağlı problemlər, tapşırığı necə yerinə yerimək ilə bağlı yaddaş problemlərinin yaşanması və pis hazırlanmış layout və dizayndan qaynaqlanan qarışıqlıq daxildir.

Aşağıdakı punktlar, əqli pozğunluğu olan insanlar üçün müyəssərliyə dair yaxşı əsasdır:

  • məzmunu birdən artıq yolla istifadəçiyə çatdırmaq, misalçün text-to-speech, video və s.
  • asan başa düşülən məzmun yazılması
  • diqqətin əhəmiyyətli olan məzmuna yönləndirilməsi
  • yersiz məzmunları və reklamları yığışdırmaqla diqqətin yayınmasının qarşısını almaq
  • uzalaşan websəhifə layoutu və naviqasiyası
  • tanış elementlərdən istifadə etmək, misalçün keçidləri mavi rəngləyib, altından xətt çəkmək
  • prosesləri məntiqi mərhələlərə bölmək və progress indicatorlar vasitəsilə irəlləyişi göstərmək
  • istifadəçinin təhlükəsizliyini tam təmin etməklə, sadə autentifikasiya prosesləri hazırlamaq
  • xəta mesajlarından və köməkçi məlumatlardan istifadə etməklə formları asan doldumaq imkanı yaratmaq

Davamı: Müyəssərliyin tətbiqi