Skip to content

Latest commit

 

History

History
126 lines (76 loc) · 9.31 KB

getting-started.md

File metadata and controls

126 lines (76 loc) · 9.31 KB
id title permalink next redirect_from
getting-started
Başlamaq
docs/getting-started.html
add-react-to-a-website.html
docs/
docs/index.html
docs/getting-started-ko-KR.html
docs/getting-started-zh-CN.html
docs/installation.html
download.html
downloads.html
docs/try-react.html
docs/tooling-integration.html
docs/package-management.html
docs/language-tooling.html
docs/environments.html

Bu səhifədə React sənədlərinin icmalından və React ilə əlaqəli resurslardan danışacağıq.

React, UI yaratmaq üçün JavaScript kitabxanasıdır. React-in nə olduğunu öyrənmək üçün ana səhifəmizə və ya dərsliyə baxın.


React-i Sına {#try-react}

React, tədrici adaptasiya fikri ilə dizayn olunub. Siz applikasiyanızda React-i istədiyiniz qədər az və ya çox istifadə edə bilərsiniz. React-in nə olduğunu öyrənmək, sadə HTML səhifəsinə React ilə interaktivlik əlavə etmək və ya kompleks React applikasiyası düzəltmək üçün bu bölmədəki linklərdən istifadə edin.

Onlayn Kod Meydançaları {#online-playgrounds}

React ilə oynamaq istəyirsinizsə onlayn kod meydançasından istifadə edə bilərsiniz. Salam Dünya şablonunu CodePen, CodeSandbox və ya Glitch-də sınayın.

Əgər öz kod redaktorunuzdan istifadə etmək istəyirsinizsə bu HTML faylını yükləyib və redaktə edib brauzerdə lokal fayl sistemindən aça bilərsiniz. Bu nümunədə, icra zamanı yavaş kod transformasiyası edildiyindən bu metodu yalnız sadə demolarda istifadə etməyi tövsiyyə edirik.

React-i Veb Səhifəyə Əlavə Et {#add-react-to-a-website}

React-i HTML səhifəsinə bir dəqiqəyə əlavə etmək mümkündür. Siz React-in varlığını zaman ilə çoxalda bilər və ya bir neçə dinamik vidcetlərdə ehtiva edə bilərsiniz.

Yeni React Applikasiyası Yarat {#create-a-new-react-app}

Yeni React layihəsinə başladıqda script təqləri ilə sadə HTML səhifəsi işlətmək ən yaxşı seçim ola bilər. Bunu quraşdırmaq bir dəqiqə alacaq!

Applikasiya böyüdükcə sizə inteqrasiya olunmuş quraşdırma lazım ola bilər. Böyük applikasiyalar üçün JavaScript toolchain-lərindən istifadə etməyi tövsiyyə edirik. Bu toolchain-lər biraz və ya heç bir konfiqurasiya lazım olmadan işləyərək React ekosistemindən tam istifadə edə bilirlər.

React-i Öyrən {#learn-react}

React-ə fərqli təməlli və fərqli formada öyrənən adamlar gəlirlər. Nəzəri və ya praktiki yanaşmadan asılı olmayaraq bu bölmədən faydalana bilərsiniz.

Hər bir tanımadığınız texnologiya kimi, React-in də öyrənmək əyriliyi var. Praktika və biraz səbr ilə siz React-in məntiqini tutacaqsınız.

İlkin Nümunələr {#first-examples}

React ana səhifəsində canlı redaktor ilə kiçik React nümunələri var. React haqqında biliyinizdən asılı olmayaraq bu səhifədəki kodları dəyişərək nəticənin necə dəyişdiyinə baxın.

Yeni Başlayanlar üçün React {#react-for-beginners}

Əgər React sənədləri sizin üçün yüksək tempdə irəliləyirsə Rascianın React haqqında icmalını oxuyun. Bu yazıda React-in ən əsas konsepsiyaları detallı və yeni başlayanlar üçün asan şəkildə təqdim edilir. Bunu oxuduqdan sonra sənədlərə yenidən baxın!

Dizaynerlər üçün React {#react-for-designers}

Əgər dizayn təməlindən gəlirsinizsə başlamaq üçün bu resurslardan istifadə edin.

JavaScript Resursları {#javascript-resources}

React sənədləri JavaScript dili haqqında məlumatı olduğunuzu fərz edir. Bu sahədə mütəxəssis olmasanız belə React ilə JavaScript-i eyni vaxtda öyrənmək çətindir.

JavaScript bilik dərəcənizi yoxlamaq üçün JavaScript icmalını oxumağı tövsiyyə edirik. Bu sənəd 30 dəqiqə və bir saat arası çəkəcək amma sizi React-i öyrənməyə daha arxayın edəcək.

Məsləhət

JavaScript-də hər hansı bir konsepsiya sizi çaşdırdığında MDNjavascript.info veb səhifələrinə baxmağı tövsiyyə edirik. Əlavə olaraq kömək üçün cəmiyyət dəstək forumlarından istifadə edin.

Praktiki Dərslik {#practical-tutorial}

Əgər edə edə öyrənməyə üstünlük verirsinizsə praktiki dərsliyə baxın. Bu dərslikdə, React-də XO oyunu düzəldirik. Oyun düzəltmədiyiniz üçün bu dərsliyi atlamaq istəyə bilərsiniz. Tövsiyyə edirik ki bunu sınayasınız. Bu dərslikdə öyrənəcəyiniz texnikalar hər hansı React applikasiyaları düzəltmək üçün vacibdir. Bu texnikaları qavardıqda React-i daha dərindən anlayacaqsınız.

Addım Addım Öyrənmək {#step-by-step-guide}

Əgər addım addım öyrənməyə üstünlük verirsinizsə əsas konsepsiyaları oxuyun. Bu sənədlərdə hər bölmə əvvəlki bölmələrdə öyrənilən biliklər əsasında yazılıb. Bu səbəbdən, oxuduqca heç nəyi ötüməyəcəksiniz.

React ilə Düşünmək {#thinking-in-react}

Bir çox React istifadəçiləri, React ilə Düşünmək sənədini tərifləyirlər. Onlar üçün bu sənədi oxuduqdan sonra React tam anlaşıldı. Bizim ən yaşlı sənədlərimizdən biri olmasına baxmayaraq bu sənəddə olan məlumatlar indiki zamana da münasibdir.

Tövsiyyə Edilən Kurslar {#recommended-courses}

Bəzən adamlar 3-cü şəxslər tərəfindən yazılmış kitablar və kursları rəsmi sənəddən daha faydalı görürlər. Biz cəmiyyət tərəfindən tövsiyyə edilən resursların siyahısını saxlayırıq. Bu resursların bəziləri pulsuzdur.

Genişləndirilmiş Konsepsiyalar {#advanced-concepts}

Əsas konsepsiyaları öyrəndikdən və React-i ilə biraz oynadıqdan sonra sizi genişləndirilmiş mövzular maraqlandıra bilər. Bu bölmə, kontekstref-lər kimi güclü amma daha az işlənən React xüsusiyyətlərini təqdim edir.

API Arayışı {#api-reference}

Sənədlərin bu bölməsi, spesifik React API-ları haqqında əlavə məlumat almaq üçün faydalıdır. Məsələn, React.Component API arayışında setState()-in işlənməsi və fərqli lifecycle funksiyaları haqqında əlavə məlumat tapa bilərsiniz.

Lüğət və FAQ {#glossary-and-faq}

React sənədində işlədilən bütün terminlərin icmalı üçün Lüğətə baxın. AJAX soğuları, komponent state-ifayl strukturu kimi çox işlədilən mövzular haqqında qısa sual-cavab üçün FAQ bölməsinə baxın.

Məlumatlı Olmaq {#staying-informed}

React bloqu React komandasından gələn yeniliklər üçün rəsmi mənbədir. Buraxılış qeydləri və ya köhnəlmə xəbərdarlıqları kimi vacib məlumatlar ilk olaraq burada dərc olunur.

Siz həmçinin @reactjs Twitter hesabını izləyə bilərsiniz. Lakin, bloqu oxuyursunuzsa heç bir vacib məlumatı qaçırmayacaqsınız.

Bütün React buraxılışları öz bloq yazısına layiq deyil. Hər buraxılışın detallı changelog-una React reposunun CHANGELOG.md faylından və ya Buraxılışlar səhifəsindən baxa bilərsiniz.

Versiyalı Sənədlər {#versioned-documentation}

Bu sənədlər hər zaman React-in ən son və stabil versiyasını əks etdirir. React 16-dan başlayaraq sənədlərin köhnə versiyalarını ayrı səhifədən tapa bilərsiniz. Nəzərə alın ki, sənədlərin köhnə versiyaları yeni buraxılış zamanı çəkilir və davamlı olaraq yenilənmir.

Nəsə Çatışmır? {#something-missing}

Sənədlərdə nəsə çatışmırsa və ya hər hansı bir hissəsi başa düşülməzdirsə, düzəlişlər üçün tövsiyyələrinizi sənədlər reposunda yeni issue açaraq bildirin və ya @reactjs Twitter hesabına tvit atın. Biz sizdən eşitməyi sevirik!