Skip to content

sooleymanli/Python-Exercises-2

Repository files navigation

Python-a yeni başlıyanlar üçün praktiki məsələlər

ScreenShot

  • 1-20 Məsələlər

  • 21 İstifadəçidən bir string alın məsələn "Süleymanlı" bunu while ilə 10 dəfə Ekrana yazdırın.

  • 22 [3, 2, 4, 1] şəklində bir list verilib. Bu listin sıralanmış variantını print etdirin.

  • 23 Bir ədəd daxil edin və rəqəmlərinin sayını print etdirin.

  • 24 3 ədəd daxil edin ortancılı print etsin.

  • 25 Bir list var içində şəhərlər, ona yeni şəhərlər əlavə edin.

  • 26 Sonra hər hansi şəhərin indeksini tapın və həmin indeksin təkmi cütmü olduğunu ekrana verin.

  • 27 Vurma cədvəlini ekrana yazdıran Python kodu yazın.

  • 28 Yaşı daxil edilən vətəndaşın sürücülük vəsiqəsinə yaşı çatıb-çatmadığını ekrana yazdıran kod yazın.

  • 29 Tərəfləri daxil edilmiş üçbucağın növü müəyyənləşdirilməlidir.

    • Bərabərtərəflidirsə ekrana 1,
    • Bərabəryanlıdırsa ekrana 2,
    • Müxtəliftərəflidirsə ekrana 3 yazıslın.
    • Tək sətirdə boşluqla ayrılmış şəkildə 3 tərəf daxil edilir və nəticə ekrana yazdırılır.
  • 30 Tək sətirdə 3 ədəd daxil edilir və ən böyük və ən kiçiyin hesablanması üçün köməkçi funksyalardan istifadə etməklə min( max(x, y), max(y, z), x+y+z)-i müəyyənləşdirin. Nətcə vergüldən sonra 2 rəqəm dəqiqliklə ekrana yazdırılsın.

  • 31 Ayın nömrəsi daxil edilir və ilin fəsli ekrana yazdırılır.

  • 32 n ədədi daxil edilir və ən böyük rəqəmini ekrana yazdırın.

  • 33 Daxil edilən n ədədinin bütün müsbət bölənlərini print etdirin.

  • 34 Daxil edilən n ədədin mükəmməl olub olmadığını print edin. Ədənin özü xaric müsbət bölənlərinin cəmi özünə bərabərdirsə belə ədədə mükəmməl ədəd deyilir. Məsələn, 1,2 və 3 6-nin bölənləridir cəmləri də 6-ya bərabərdir.

  • 35 Bir list yaradın və 1dən 100-ə qədər olan ədədlərdən tək olanları bu listə yazın və sonda listi print etdirin

  • 36 1-dən 100-ə qədər olan ədədləri 100-dən 1-ə şəklində print etdirin.

  • 37 Əlinizdə ölkə adlarının olduğu ölkə listi var. Yeni bir list yaradın və ölkə listində olan ölkələri yaratdığınız yeni listə yazın. Lakin ölkənin uzunluğu 5-dən böyükdürsə olduğu kimi yazın, əks halda, yerinə * yazın. country=["Turkey","Azerbaijan","Cuba","America","Italy","France","Chad","England"]

  • 38 arr = [1.4,3.7,4.8,6.3,99.9] verilmiş bu list-dən 4.8-i necə silə bilərik?

  • 39 s=’budama’ sözündə “a” hərflərinin sayını print etdirin. Bunu həm hazır metod ilə həm də alqoritm yazaraq edin.

  • 40 0-dan 100-ə qədər cüt ədədləri toplayın amma bunu while ilə edin.

  • 41 Daxilən edilən viza (30%), fərdi fəaliyyət(20%) və final(50%) balına görə tələbənin dərsi keçib-keçmədiyini print etdirin

  • 42 Əmək haqqı və artım faizi daxil edilən işçinin yeni əmək haqqını hesablayın.

  • 43 Hər hansı bir simvolun müəyyən bir stringin içində olub-olmadığını yoxlayın.

  • 44 N natural ədədi verilmişdir. Həmin ədəddə tək rəqəmlərin sayını tapın. (0 tək ədəd sayılmır)

  • 45 İlk 100 ədədin kvadratları cəmi ilə cəmlərinin kvadratı fərqini print etdirin.

  • 46 Bir list formasında çalışanların əmək haqqları verilir. Əmək haqqı 3000-dən çox olan işçilərin əmək haqqını 10%, 3000-dən az olan işçilərin əmək haqqını 20 faiz artıran python proqramı yazın.

  • 47 İstifadəçi bir ədəd daxil etsin bu bu ədəddən 1-ə qədər olan ədədlərin cəmini tapan rekursiv funksiya yazın.

Releases

No releases published

Packages

No packages published

Languages