Skip to content

nebinebili/ProgrammingInCSharpCourse

 
 

Folders and files

NameName
Last commit message
Last commit date

Latest commit

 

History

56 Commits
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Repository files navigation

C# və ASP.NET CORE ilə full-stack proqramlaşdırma kursu

Kursun məqsədi nədir ?

6-7 ay ərzində 0-dan başlayaraq proqramlaşdırma dərsləri tədris edəcəm və həftədə 2 dəfə olmaqla Youtube üzərindən paylaşacam. Çalışacam mümkün qədər izahlı və sadə şəkildə dərsləri keçməyə çalışım. Mənə görə 2021-ci ildə küllü miqdarda pul verib hansısa kurslara getməyə ehtiyac yoxdu, yəni getmək olar təbii ki, amma bu məcburiyyət olmamalıdır. Çoxu elə düşünür ki, 3-4k kursa verib getsə 1 ilə artıq hər şey ideal olacaq. Amma reallıqda məsələ belə deyil. Bu sahəni öyrənmək, ciddi məsuliyyət, həvəs, enerji və zaman ayırma tələb edir. Əgər siz bunu sərbəst şəkildə edə bilmirsinizə kurslar da sizə çox böyük dəyər qata bilmir. Əlavə olaraq proqramçı olmaq istəyən şəxslərin mütləq şekildə "self learning"-i (sərbəst öyrənmə qabiliyyəti) yüksək olmalıdır. Çünki biz hər zaman, hər gün, illər keçsə belə öyrənirik və bunun sonu yoxdur. İnternetdə kifayət qədər ingilis dilli məzmun var, ya pulsuz ya da çox ucuz qiymətə. Ordan da başlamaq olar. Əsas başlamaqdır

Kursun strukturu

Kurs ZOOM üzərindən online olaraq həftədə 2 dəfə keçirilir və daha sonra video yazı şəkilində Youtube-a yüklənilir. Code, ppt və digər materiallar isə buradan paylaşılır. Yəni düşünürəm ki, heç bir kursa getməyə ehtiyac olmadan hər dərsin videolarını izləsəniz və tapşırıqları yerinə yetirsəniz, gedişatda problem olmayacaq. Hər dərsin viodeosu təqribi olaraq 2 saat-dır və detallı izah olunur. Hər dərsin tapşırıqları isə burada ayrıca folderlərdə yerləşdirilib

Kursa necə başlayım və davam edim ?

Youtube səhifəsinə keçərək uyğun videonu öncə izləyib başa düşməyə çalışın, daha sonra Github üzərindən uyğun dərsin tapşırıqlarına, oxu materiallarına və digər materiallara göz atın, verilən tapşırıqları etməyə çalışın. Əgər sualınız və probleminiz olsa uyğun videonun kommentinə yazın, cavab verməyə çalışacam

Kursun dili

Kurs ana dilimizdə yəni Azərbaycan dilində tədris olunur. Lakin proqramlaşdırma elə bir sahədir ki, burda oxu materialları, yazdığımız kodda istifadə etdiyimiz sözlər və s. hamısı ingilis dilindədir. Ona görə əgər sizin ingilis diliniz zəifdirsə paralel olaraq onu da inkişaf etdirməlisiniz. Mən dərsdə çoxlu ingilis dilində terminlər və sözlər istifadə edəcəm, bu da bəzən məqsədyönlüdür ki, siz ingilis dilinə öyrəşəsiniz. Dərslərin tapşırıqları, yazdığımız kodda istifadə edəcəyimiz bütün şeylər demək olar ingilis dilində olacaq. Bunu nəzərə almağınız lazımdır. Çünki başqa yol yoxdur, ya ingilis dilini də paralel öyrənəcəyik ya da proqramlaşdırmada çox qabağa gedə bilməyəcəyik

Youtube kanalı

https://www.youtube.com/watch?v=V3ZQ_aTIBcU&list=PLsZzhlSBz0vJIRVMgcp1E4gm4wn3x2IcS&ab_channel=NurlanValizada

Tapşırıqların cavabları

Tapşırıqları tələbələrdən hər hansı birinin yazdıqları ilə tutuşdurub yoxlamaq mümkündür əgər çətinlik olsa https://github.com/KamranZadeh/ProgrammingInCSharpCourse
https://github.com/ilkinshahaliyev/ProgrammingInCSharpCourse
https://github.com/MrBadalov/ProgrammingInCSharpCourse
https://github.com/ShahaliShahaliyev/ProgrammingInCSharpCourse

Releases

No releases published

Packages

No packages published

Languages

  • C# 98.8%
  • TSQL 1.1%
  • CSS 0.1%