Skip to content

XGBoost vasitəsilə neftin gələcək qiymətinin proqnozlaşdırılması layihəsi

Notifications You must be signed in to change notification settings

vrashad/oil_price_predict

Folders and files

NameName
Last commit message
Last commit date

Latest commit

 

History

9 Commits
 
 
 
 
 
 
 
 

Repository files navigation

XGBoost vasitəsilə neftin gələcək qiymətinin proqnozlaşdırılması layihəsi

Zaman sıralarının proqnozlaşdırılması, hər hansısa bir məlumatın zaman ardıcıllığı ilə proqnozlaşdırılması texnikasıdır.

Bu texnika, keçmişin tendensiyalarını təhlil edərək gələcək məlumatları proqnozlaşdırır və gələcək tendensiyaların tarixi tendensiyalara oxşar olacağını güman edir.

Zaman sıralarının proqnozlaşdırılması vasitəsilə, gələcək tarixdəki neftin qiymətini proqnozlaşdırmaq üçün, bizə ilk olaraq keçmiş tarixdəki qiymətlər lazımdır.

Məlumatı biz buradan əldə edəcəyik https://finance.yahoo.com/quote/CL%3DF/history?p=CL%3DF

Bunun üçün data_downloader.py skriptini icra etmək lazımdır.

Skript avtomatik olaraq ona daxil edilən tarix çərçivəsindəki məlumatları əldə edərək, onu CSV faylında local yaddaşa yazır.

data = pdr.get_data_yahoo("CL=F", start="2000-01-01", end="2024-01-06")

Adından da göründüyü kimi start məlumatların başlanğıc tarixidir end isə son

Buradakı CL=F finance.yahoo da xam neftin adıdır

Skript icra edildikdən sonra dataset.csv faylı tərtib edilərək, 24 il ərzində neftin gündəlik qiymətləri fayla yazılacaq.

Cədvəl iki sütundan ibarət olacaq

Date: tarix
Adj Close: həmin tarixdəki neftin qiyməti

Dataset hazır olandan sonra Oil_price_predict_xgboost.ipynb Jupyter Notebook faylını ya local olaraq ya da Google Colab kimi Cloud servislərinin birində açırıq

İlk olaraq dataset.csv faylını DataFrame çeviririk və matplotlib.pyplot vasitəsilə neftin keçmiş qiymət qrafikini ekrana çıxardırıq

Vizual olaraq görününr ki, neftin qiymətinin dəyişməsində tendensiya müşahidə olunur

Sonra əldə edəcəyimiz modelin dəqiqliyini yoxlamaq üçün, keçmiş qiymətləri Test və Təlim dəsti olaraq iki yerə bölürük

Sonra müxtəlif vaxt seriyası məlumat dəstlərinin ardıcıl təlim və test dəstlərinə bölmək yolu ilə zamanla necə dəyişdiyini vizuallaşdırırıq

Məlumatları təlim və test olaraq ikiyə böldükdən sonra, modelin təliminə başlayırıq

Modelin təlimi bitdikdən sonra 2024-01-05 - 2024-03-05 tarixləri arasındakı neftin qiymətini proqnozlaşdırırıq

2024-01-05    73.640884
2024-01-06    65.423943
2024-01-07    71.382263
2024-01-08    71.616516
2024-01-09    71.890381
                ...    
2024-03-01    61.736660
2024-03-02    61.733318
2024-03-03    61.733318
2024-03-04    63.970024
2024-03-05    62.605045
Name: pred, Length: 61, dtype: float32

Nəticədən göründüyü kimi, model fevral ayında xam neftin qiymətinin 61-63 dollar civarında olacağını proqnozlaşdırır

About

XGBoost vasitəsilə neftin gələcək qiymətinin proqnozlaşdırılması layihəsi

Topics

Resources

Stars

Watchers

Forks

Releases

No releases published

Packages

No packages published